BAKI, 12 fevral. TELEQRAF

Kəlbəcər rayonunun 855 ailəlik Zar kənd yaşayış məntəqəsində 547 fərdi yaşayış evinin, sosial obyektlərin, mühəhdis kommunikasiyaların, yol-küçə şəbəkəsinin tikintisi və abadlıq işləri nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu layihənin icrası üçün şirkət seçir.

Tenderin ehtimal olunan qiyməti 138 milyon 489 min 791 manatdır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi aprelin 8-dir. Zərflər də həmin gün açılacaq.

Xatırladaq ki, 2024-cü ildə azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 5 milyard 982 milyon 63.3 min manat vəsait sərf edilib.Kəlbəzərə vəsait qoyluşu 1 milyard 374 milyon 784,6 min manat olub.