BAKI, 12 fevral. TELEQRAF

Dövlət Sosial Müdafiə Fondu yanvar ayı ərzində 16 min 391 elektron arayış qəbul edib.

Fondan Teleqraf-a verilən xəbərə görə, bu arayışların 4 546-ı pensiya, 6 924-ü müavinət və təqaüd, 2 951-i fərdi şəxsi hesab, 840-ı ünvanlı dövlət sosial yardım, 5-i torpaq pay mülkiyyətçisi, 10-u şəhid ailəsi üzvü, 188-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 392-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 535-i əlilliyi olan şəxslərə qulluq ilə bağlı olub.

Qeyd edək ki, 2024-cü il yanvar-dekabr aylarında DSMF-nin fəaliyyət istiqamətləri üzrə 96 035 elektron arayış alınmışdı.