Bakı, 10 fevral. TELEQRAF

Türkiyədə 2024-cü ilin dekabrında işsizlərin sayı əvvəlki ayla müqayisədə 39 min nəfər azalaraq 3 milyon 26 min nəfərə düşüb. İşsizlik səviyyəsi 0,1 bənd azalaraq 8,5% təşkil edib. Kişilər üçün işsizlik nisbəti 6,9%, qadınlar üçün isə 11,4% olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutu (TÜİK) məlumat yayıb.

15-24 yaşlı gənclər arasında işsizlik 16,3% qeydə alınıb, geniş şəkildə müəyyən edilmiş işsizlik göstəricisi isə 28,2%-ə çatıb.

Eyni dövrdə məşğul əhalinin sayı 54 min nəfər azalaraq 32 milyon 718 min nəfər olub. Məşğulluq səviyyəsi ümumilikdə 49,5% təşkil edib: bu göstərici kişilər üçün 66,9%, qadınlar üçün 32,4% olub.

Onu da qeyd edək ki, Türkiyədə orta həftəlik iş saatları isə dəyişməyərək, 42,9 olaraq sabit qalıb.