BAKI, 10 fevral. TELEQRAF

2024-cü il ərzində Azərbaycanın Omanla ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilə nisbətdə 59 dəfə artaraq 66,5 milyon dolları üstələyib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycandan Omana ixrac 66,1 milyon dollar təşkil edib, burada 82,6 dəfə artım olub.

Omandan Azərbaycana idxal isə 384,6 min dollar təşkil edib, burada artım 17,8% olub.

2024-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Omanla ticarətin payı 0,13% təşkil edib.