
Bakı , 10 fevral. TELEQRAF
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi generatorların əsaslı təmiri və servis olunması üçün açıq tender keçirib. Tenderin qalibi “Sentra” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, müqavilənin ehtimal olunan dəyəri 2.085.313,70 AZN olsa da tərəflər 1.011.815,78 AZN-a razılaşıblar.
Tender çərçivəsində müxtəlif gücə malik generatorların əsaslı təmiri və servis xidməti göstəriləcək. Siyahıya SDMO V 220 C4 (220 KVA), AKSA 825 (825 KVA), TEKSAN 630 (630 KVA), Emsa 800 (800 KVA) və digər generatorlar daxildir.
Qeyd edək ki, layihənin icra müddəti 31 yanvar 2026-cı il tarixinədək nəzərdə tutulub.