
BAKI, 8 fevral. TELEQRAF
Abşeron Milli Parkının 20 illiyinə həsr olunan "20 ilin dəyəri" adlı tədbir keçirilib.
Teleqraf xəbər verir ki, bu münasibətlə ekoloqların, zoologiya və coğrafiya sahəsi üzrə alim-mütəxəssislərin, Abşeron Milli Parkının fəaliyyətinə töhfə vermiş tərəfdaşların iştirakı ilə toplantı keçirilib.
Toplantıda parkın bioloji müxtəlifliyinin əsas elementləri, yerləşdiyi ərazinin coğrafi xüsusiyyətləri barədə çıxışlar edilib.
Abşeron yarımadasında bu cür qorunan təbiət ərazinin mövcudluğunun əhəmiyyəti vurğulanıb.
Tədbir iştirakçıları təşkil olunmuş rəsm və instalyasiya nümunələrinin sərgisinə baxış keçirib, Abşeron Milli Parkının "20 ilin dəyəri" adlı stendinin təqdimatı ilə tanış olublar.
Sonda tələbələr arasında təşkil olunmuş viktorinanın qalibləri mükafatlandırılıb, Abşeron Milli Parkının fəaliyyərinə töhfə verən tərəfdaşlara xatirə diplomu təqdim olunub.