
“Bank of Azerbaijan” filiallarının sayını 2-3 dəfə azaldıb.
Teleqraf.com xəbər verir ki, bankın paytaxtdakı 7 filialından 3-cü bağlanaraq digər 4 filiala birləşdirilib. Beynəlxalq Avtovağzal Kompleksindəki filial isə Sumqayıt filialı birləşdirilib.
Bundan başqa, “Bank of Azerbaycan”ın regionlardakı 5 filialından 2-si də fəaliyyətini dayandırıb. Naxçıvan, Quba və Zərdab filialları işləmir. Sonuncu Ucar filialına birləşdirilib, Gəncə filial isə fəaliyyət göstərir.
“Bank of Azerbaijan”1 ildən artıqdır bütün bank əməliyyatlarını dayandırıb. Hazırda bankda yalnız indiyədək verilmiş kreditlərə görə ödənişlər qəbul edilir.
“Bank of Azerbaijan”ın üzləşdiyi problemlər ən çox bankda əmanəti olanları narahat edir. Bankdan bildiriblər ki, əmanətlərin hissə-hissə qaytarılmasına başlanıb.
Naibə