Cari ilin ilk ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,5 dəfə artaraq 864,9 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildirilib ki, əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 96 faizini qeyri-ərzaq malları təşkil edib. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.