Amerikada 175 milyon insan “mən“ deyir

Teleqraf.com-un məlumatına görə, “CNN“ bildirir ki, çərşənbə günü keçiriləcək növbəti lotereya oyununda 450 milyon dollarlıq cekpot oynalınacaq. 2013-cü ildə isə ən yüksək uduş 590,5 milyon dollar olmuşdu.

Bəzi hesablamalara görə, 1 ədəd lotereya alan şəxsin udmaq şansı 1-in 175.223.510 bərabərdir. Bu isə o deməkdir ki, siz daha asanlıqla kosmonavt və ya supermodel ola bilərsiz, hətta sizə akulanın hücum etməsi də daha realdır. Ancaq insanlar arzularla yaşamağı sevirlər. Və sonda kimsə öz arzusuna çatır.