
Gürcüstan Azərbaycandan idxal etdiyi qazın qiymətinin bir qədər azaldılmasını istəyir.hökuməti bu ölkəyə satılan təbii qazın qiyməti ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə razılığa gələcəyinə ümid edir.
"APA-Economics"in "İnterfax"a istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili mart ayının 1-dən bəzi qazpaylayıcı şirkətlər tərəfindən hüquqi şəxslərə satılacaq qazın qiymətlərinin 20% artacağına münasibət bildirərəkən deyib.
"SOCAR-ın bizə qarşı xoş məramı və tərəfdaş münasibətləri var. Məsələ əhali üçün, xüsusilə də sosial baxımdan zəif olanlar üçün problem yaratmamalıdır", - deyə hökumət rəsmisi bildirib.
Baş nazirin müavinin qeyd edib ki, "müvafiq tarifləri qərarlarını müstəqil şəkildə çıxaran tənzimləyici komissiya müəyyən edir".
"Energetika sahəsinin maliyyə sağlamlığının qorunması vacibdir. Təbii ki, enerji şirkətlərinin xərclərinin struktur təhlili aparılacaq. Bundan başqa, qaz tariflərinin əmələgəlmə tendensiyası araşdırılacaq. Qərar yalnız bundan sonra veriləcək", - deyə G. Kvirikaşvili əlavə edib.