“Neft Daşları” yatağındakı 418A nömrəli platformadan 2633 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Teleqraf.com ARDNŞ-nin saytına istinadən məlumat verir ki, “Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1250 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.