Moskva birjasında dolların kursu 70 rubla yüksəlib. Avro isə 79 rubl təşkil edib.

Qeyd edək ki, rublun zəifləməsinə Rusiya Mərkəzi Bankının uçot stavkasını 17 faizdən 15 faizə endirməsi də təsir etməyib.

Publika.az xəbər verir ki, rublun məzənnəsi xammal bazarındakı proseslərə cavab olaraq düşməyə başlayıb. Belə ki, həftə sonu bahalaşan neft yenidən ucuzlaşıb. Onu da qeyd edək ki, Rusiya iqtisadiyyatı neftin qiymətinin aşağı düşməsi səbəbindən 200 milyard dollar zərərə uğrayıb. Bundan əlavə ölkədə inflyasiya artaraq 11 faizə çatıb.