Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov 9 Noyabr - Bayraq Günü ilə bağlı paylaşım edib.

Teeqraf.com xəbər verir ki, nazir "X" hesabında Azərbaycan xalqını təbrik edib:

"Bayrağımız milli mənsubiyyətimizin, müstəqil dövlətimizin və ali dəyərlərimizin rəmzidir. Dövlət Bayrağı Günü münasibətilə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Bayrağımız daim zirvələrdə dalğalansın!",- deyə Mikayıl Cabbarov əlavə edib.