BAKI, 25 mart. TELEQRAF
Misirli futbolçu Məhəmməd Salah mövsümün sonunda İngiltərənin "Liverpul" klubundan ayrılacaq.
Teleqraf xəbər verir ki, o bu barədə sosial mediada yazıb.
Salah bildirib ki, "Liverpul" sadəcə bir futbol klubu deyil; bu, ehtiras, tarix və ruhdur.
Misirli futbolçu 2017-ci ildən "Liverpul"da oynayır. Klubla iki İngiltərə Premyer Liqası titulunu və Çempionlar Liqasını qazanıb.