BAKI, 11 noyabr. TELEQRAF
"Latsio" İtaliyanın keçmiş Baş naziri (1922-1943) və Faşist Partiyasının lideri (1921-1943) Benito Mussolininin nəticəsi 23 yaşlı müdafiəçi Romano Floriani Mussolini ilə müqaviləni uzadıb.
Teleqraf xəbər verir ki, italiyalı futbolçunun yeni müqaviləsi 30 iyun 2031-ci ilə qədərdir.
Roma klubunun mətbuat xidməti Florianinin sözlərini sitat gətirib: "Bu rənglərlə tərəfdaşlığın uzadılması böyük qürur, həmişə ən yaxşısını göstərmək üçün əlavə motivasiyadır. İrəli, Lazio".
O, bu mövsüm "Latsio"da 11 oyun keçirib və 1 qol vurub.