BAKI, 11 noyabr. TELEQRAF
Formula-1 üzrə yeni dünya çempionu Andrea Kimi Antonelli titul qazanacağı təqdirdə saç düzümünü dəyişəcəyinə dair verdiyi vədi yerinə yetirib.
Teleqraf xəbər verir ki, italiyalı pilot saçlarını ölkəsinin dövlət bayrağının rənglərinə boyadıb və yeni görünüşünü “Mercedes” komandasındakı həmkarlarına nümayiş etdirib.
Antonelli daha əvvəl çempionluq qazanacağı halda bu uğuru qeyri-adi saç düzümü ilə qeyd etmək istədiyini bildirmişdi. O, İtaliya mətbuatına açıqlamasında saç boyası aldığını, lakin rəng dəyişikliyini nə vaxt edəcəyinə hələ qərar vermədiyini söyləmişdi.
Pilot saçlarının bir hissəsini qırmızı və mavi, digər hissəsini isə İtaliya bayrağının rənglərinə boyamaq variantını da nəzərdən keçirdiyini açıqlamışdı.