BAKI, 7 dekabr. TELEQRAF
Tarixin ən titullu futbolçusu olan Lionel Messi rekordunu yeniləyib.
Teleqraf xəbər verir ki, argentinalı oyunçu buna "İnter Mayami" ilə MLS çempionu olub. Bu, onun karyerasının 48-ci kubokudur.
Onun komandası pley-off finalında Vankuveri 3-1 hesabı ilə məğlub edib.
Messi komandasının ikinci və üçüncü qollarına iki məhsuldar ötürmə edə bilib.
38 yaşlı hücumçunun ən uğurlu komandası İspaniya "Barselona"sıdır - 35 kubok.
O, Kataloniya təmsilçisi ilə 10 dəfə La Liqanı, səkkiz dəfə İspaniya Super Kubokunu, yeddi dəfə İspaniya Kral Kubokunu, dörd dəfə UEFA Çempionlar Liqasını, üç dəfə UEFA Superkubokunu və FIFA Klublararası Dünya Çempionatını qazanıb.
Messi Argentina millisi ilə altı kubok əldə edib - FIFA Dünya Çempionatı (2022), Kopa Amerika (2021, 2024), Olimpiya Oyunları (2022), Finalissima (2022) və FIFA U-20 Dünya Çempionatı (2005).
O, Fransanın PSJ komandasında iki dəfə ölkə çempionluğunu (2022, 2023) və bir dəfə Superkubokunu (2022) əldə edib. ABŞ-də olduğu müddətdə isə Şimali Amerika Liqa Kubokunu (2023) və MLS-in müntəzəm mövsümünü (2024) qazanıb.