BAKI, 29 avqust. TELEQRAF

Azərbaycan Premyer Liqasında III tura start verilib.

Teleqraf xəbər verir ki, günün ilk qarşılaşmasında "Şamaxı" komandası "Qəbələ"nin qonağı olub.

Qəbələ şəhər stadionunda keçirilən oyun 0:0 hesabı ilə başa çatıb. Bu nəticədən sonra "Şamaxı" xallarını 2-yə çatdıraraq turnir cədvəlinin 7-ci pilləsində yer alıb.

Meydan sahibləri "Qəbələ" isə ilk xalını qazanaraq 10-cu sırada qərarlaşıb.

***

09:00

Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Turun ilk oyunu Qəbələ şəhər stadionunda baş tutacaq. Qəbələnin eyniadlı komandası "Şamaxı"nı qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq.

Günün son oyunu isə Sumqayıtda "Socar Polymer Arena"da keçiriləcək. Bu matçda "Şəfa" "İmişli" ilə üz-üzə gələcək. Matç saat 20:15-də start götürəcək.

Qəbələdə keçiriləcək matçı Nicat İsmayıllı, Sumqayıtda baş tutacaq görüşü isə Tural Qurbanov idarə edəcək.