BAKI, 27 avqust. TELEQRAF

Türkiyə klublarından “Fənərbağça” qapıçısı Dominik Livakoviçin La Liqa nəhəngi “Barselona”ya transferi rəsmiləşib.

Teleqraf xəbər verir ki, İstanbul klubunun yaydığı açıqlamada xorvatiyalı qapıçının İspaniya təmsilçisinə daimi transferi ilə bağlı razılıq əldə olunduğu qeyd olunub.

Livakoviç 2025/26 mövsümündə “Fənərbağça” və “Jirona”nın heyətində ümumilikdə 19 oyunda meydana çıxıb.

Xorvatiyalı qapıçı bu görüşlərin 8-də qapısını toxunulmaz saxlayıb. O, mövsüm ərzində ümumilikdə 18 qol buraxıb.

Qeyd edək ki, Livakoviç 2023-cü ildə “Fənərbağça”ya transfer olunmuşdu.