BAKI, 29 avqust. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Gözəl Zutova 27-30 avqust tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən belboğlı kuraş üzrə dünya çempionatında birinci yerə layiq görülüb.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, FHN əməkdaşı +76 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Gözəl Zutova Dünya kəmər güləşi üzrə həm klassik, həm də sərbəst versiyada dünya çempionu olub.