BAKI, 29 avqust. TELEQRAF

27-28 avqust 2026-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin qurumları arasında idmanın cüdo növü üzrə çempionat keçirilib.

FHN-nin Mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, nazirliyin İdman-sağlamlıq klubunun idman zalında keçirilən çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 8 komandadan 50-ə yaxın əməkdaş iştirak edib.

İki gün gərgin mübarizə şəraitində keçən yarışlardan sonra qaliblər müəyyən olunub.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra çıxış edən İdman-sağlamlıq klubunun rəis müavini mayor Bəhruz Ağayev Nazirliyin qurumları arasında cüdo yarışının keçirilməsi və əməkdaşların əzmkar şəkildə iştirak etməsinin qürürverici hal olduğunu qeyd edib. O, çempionatda yer tutmuş əməkdaşları və komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 7 çəki dərəcəsi üzrə keçirilən yarış baş hakim Arzu Axundov tərəfindən idarə edilib.

Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda aşağıdakı nəticələr qeydə alınıb:

60 kq çəkidə

I yer – Kamran Qasımov (Dövlət Yanğından Mühafizə Xidməti (DYMX))

II yer – İman Zülfüqarov Xidməti (DYMX)

III yer – Özal Dünyamalıyev (Sumqayıt Regional Mərkəzi)

III yer – Nicat Qardiyev (Akademiya)

66 kq çəkidə

I yer – Seyidi Mir Elturan (DYMX)

II yer – Nadir Nadirli (DYMX)

III yer – Murad Əhmədov (Mülki Müdafiə Qoşunları (MMQ))

73 kq çəkidə

I yer – Fəxri Sahibzadə (MMQ)

II yer – Şükran Zamanlı (İdman-sağlamlıq klubu)

III yer – Zeynal Zeynalov (Aran Regional Mərkəzi)

III yer – Murad Balacayev (Akademiya)

81 kq çəkidə

I yer – İsmayıl Hacıyev (DYMX)

II yer – Şamil Əmirov (Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX))

III yer – Rüstəm Müslümov (XRXX)

III yer – Fariz Səfərov (Aran Regional Mərkəzi)

90 kq çəkidə

I yer – Fəqan Şamilov (MMQ)

II yer – Azad Zahidov (XRXX)

III yer – Səlim Həsənquliyev (DYMX)

III yer – Baba Musayev (XRXX)

100 kq çəkidə

I yer – Hüseyn Balabəyox (DYMX)

II yer – Mahir Nərimanov (DYMX)

III yer – Kazım Qafarov (MMQ)

III yer – Ayaz Səmədov (XRXX)

+100 kq çəkidə

I yer – Səyyad Ayazzadə (DYMX)

II yer – Razim Vəliyev (DYMX)

III yer – Ədalət Məmmədov (MMQ)

III yer – Səlim Orucov (XRXX)

Xal hesabının nəticələrinə əsasən komanda üzrə Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xİlasetmə Xidmətinin komandaları müvafiq olaraq 1-ci, 2-ci və 3-ü yerlərə sahib olublar.

Yarışda peşəkar fəaliyyətə və göstərilən dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının hakim heyəti və Tibb xidmətinin əməkdaşları fəxri fərmanlarla təltif olunublar.

Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.