BAKI, 30 avqust. TELEQRAF
“Bu gün məğlub olduq. Bu futboldur. Belə olur. Buna görə ruhdan düşmək lazım deyil. Səhvləri təhlil etmək lazımdır. Hələ III turu oynayırıq”.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının III turunda keçirilən “Zirə” - “Neftçi” görüşündən sonra (1:0) qonaqların baş məşqçisi Yuri Vernidub deyib.
Mütəxəssis görüşü belə dəyərləndirib:
“Bəzi məqamlar oldu, amma futbolçuların bitiriciliyi olmadı.
Hər oyun bir-birinə tam bənzəyə bilməz. Bəzi fərqliliklər olur. Keçən dəfə daha çox məqamlar oldu, 5 qol vurduq. 20 dəqiqədən çox 10 nəfərlə oynadıq, amma dayanmadıq. Futbolçularımın yanaşmalarını bəyəndim. Sona qədər mübarizə apardılar”.