BAKI, 28 avqust. TELEQRAF

“Neftçi” belçikalı futbolçu Denzel Jubitananı heyətinə qatıb.

Teleqraf xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Surinam əsilli belçikalı sağ vinger Denzel Jubitana ilə 2 illik müqavilə bağlanıb. 27 yaşlı futbolçu 22 nömrəli forma geyinəcək.