BAKI, 30 avqust. TELEQRAF

Misli Premyer Liqasında 3-tur davam edir.

Teleqraf xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.

Əvvəlcə Gəncədə "Kəpəz" "Turan Tovuz"la qarşılaşıb. "Kəpəz" uzun fasilədən sonra yenidən inşa olunan stadionunda ilk oyununa çıxıb və görüşdən 1:0 hesablı qələbə ilə üstün ayrılıb.

Günün son oyununda isə "Neftçi" "Zirə"nin qonağı olacaq. Hazırda 6 xalla turnir cədvəlinin 1-ci və 2-ci pilləsində qərarlaşan komandaların görüşü saat 20:15-də start götürəcək.