
BAKI, 27 fevral. TELEQRAF
ABŞ Dövlət Departamenti Rusiya ilə İstanbulda keçiriləcək yeni görüşün təfərrüatlarını açıqlayıb.
Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, fevralın 27-də baş tutacaq görüşdə Rusiya - Ukrayna müharibəsi müzakirə olunmayacaq.
Bu, Birləşmiş Ştatlarla Rusiya arasında son həftələrdə baş tutan ikinci görüşdür.
Bundan öncəki danışıqlar fevralın 18-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutub.