
BAKI, 27 fevral. TELEQRAF
Türkiyə yığmasının və “Yuventus”un gənc ulduzu Kənan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Calciomercato” nəşri məlumat yayıb.
“Yuventus”un 19 yaşlı oyunçusuna görə londonlulardan 80 milyon avro tələb etdiyi bildirilir.
“Çelsi”nin həmin məbləği ödəməyə hazır olduğu da vurğulanır.