BAKI, 26 fevral. TELEQRAF.

İkiqat pnevmoniyadan xəstəxanada müalicə alan Papa Fransisin vəziyyəti nisbətən yaxşılaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: "Son 24 saat ərzində Papanın kliniki vəziyyəti bir qədər yaxşılaşıb. Əvvəllər qeydə alınan böyrək çatışmazlığı artıq yoxdur. Bir gün əvvəl aparılan döş qəfəsinin tomoqrafiyası pnevmoniyanın inkişafının normal mənzərəsini üzə çıxarıb".

Xatırladaq ki, 88 yaşlı pontifik süni nəfəs aparatına qoşulub.