
BAKI, 26 fevral. TELEQRAF
"ABŞ administrasiyası büdcə xərclərini azaltmasa, Amerika müflis olacaq".
Teleraf xəbər verir ki, bunu ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask deyib.
Mask bildirib ki, ABŞ-nin büdcə kəsiri 2 trilyon dollardır: "Təkcə dövlət borclarının faizi indi Müdafiə Nazirliyinin xərclərini üstələyir... Biz dövlət borcunun faizlərinə 1 trilyon dollardan çox pul xərcləyirik. Bu belə davam edərsə, ölkə faktiki olaraq müflisləşəcək".
O, dövlət xərclərinin azaldılmasının vacibliyini qeyd edib: “Biz 2026-cı maliyyə ilində (oktybardan başlayır - red.) kəsirin 1 trilyon dollar azaldılmasına nail olmaq istəyiriksə, tez hərəkətə keçməliyik. Bunun üçün indidən sentyabrın sonuna qədər hər gün 4 milyard dollar qənaət etməliyik".
Mask vurğulayıb: "Biz faktiki olaraq 1 trilyon dollar qənaət əldə edə bilərik... Biz səhvlərə yol verəcəyik. Mükəmməl olmayacağıq. Amma səhv etdiyimiz zaman da onları çox tez düzəldəcəyik".