BAKI, 25 fevral. TELEQRAF
ABŞ-də milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) 20-dən çox əməkdaşı ideoloji səbəblərə görə istefa verib.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
“20-dən çox dövlət işçisi çərşənbə axşamı DOGE-dən istefa verib. Texniki təcrübələrimizi kritik dövlət xidmətlərinin məhvi üçün istifadə etmək istəmirik”, - deyə məktubda deyilir.
Onlar məktubda muzdlu işçilərin çoxunun əslində siyasi ideoloq olduqlarını bildiriblər.