![](https://teleqraf.az/storage/2025/02/07/715x378/whatsapp_image_2025-02-07_at_02.46.29.jpg)
“Neftçi Arena” və Futbol mərkəzinin adını daşıyacağımız, klubun formasında bizim adımızın sərgilənəcəyi üçün fəxr edirik”.
Teleqraf-ın məlumatına görə, bu sözləri "Neftçi" ilə əməkdaşlıq müqaviləsi imzalayan "Palms Sports"un baş icraçı direktoru Fuad Darviş mətbuat konfransında deyib.
Rəsmi nümayəndə çıxışında “ağ-qaralar”ın tarixindən və son nəticələrindən söz açıb: “Uzun səyahətin başlanğıcındayıq. Burada olmaq mənim üçün şərəfdir. "Neftçi" - sadəcə futbol klubu deyil, Azərbaycan irsinin rəmzidir. Bu sözləşmə uzunmüddətli iddianın rəmzidir. Biz bu tərəfdaşlığa adi sponsorluq kimi baxmırıq. İnkişafa yol açmaq istəyirik. Klubun inkişafına və infrastrukturun təkmilləşməsinə imkan yaradacağıq. "Neftçi"nin bir əsrə yaxın tarixi var və çox böyük hörmətə layiqdir".
F. Darviş görüləcək işlər barədə də danışıb: “Neftçi”nin tarixi və iddialarına cavab vermək üçün stadionda bizim adımızın sərgilənməsi klubun inkişafına çalışmaq üçün şərait yaradacaq. Son olaraq, “Neftçi” oyunçularına və azarkeşlərinə demək istəyirəm ki, “Palms Sports” buradadır və gələcəkdə unudulmaz təcrübələr yaşamaq üçün buradadır. Toplam 17 min əməkdaşımız və İdarə heyətimiz adından sizə minnətdaram”.
Qeyd edək ki, “Neftçi” ilə “Palms Sports” arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.