Braziliyalı futbolçu Halk Rusiyanın "Zenit" klubu ilə müqavilə müddətini uzadıb.

Teleqraf.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Halk klubla 4,5 illik yeni müqavilə imzalayıb.

Futbolçunun yeni müqaviləsi maliyyə baxımından dəyişməyib. Belə ki, onun yeni sazişə əsasən məvacibi ildə təqribən 7 milyon avro təşkil edəcək.