
"Liverpul"un kapitanı Stiven Cerrard İngiltərə Premyer Liqasının son turunda zədə alıb.
Teleqraf.com "Liverpool Echo"ya istinadən xəbər verir ki, 34 yaşlı oyunçu 2-3 həftə komandasına kömək edə bilməyəcək.
Cerrard İngiltərə Premyer Liqasının son turunda "Tottenhem"lə oyunda zədə alıb və oyunun 68-ci dəqiqədə əvəzlənib.
"Liverpool Echo"un məlumatına görə, 34 yaşlı oyunçu 2-3 həftə komandasına kömək edə bilməyəcək.
Beləliklə, Cerrard "Kristal Pelas"la İngiltərə Kuboku matçını, "Beşiktaş"la Avropa Liqası görüşünü, "Sauthempton"la Premyer Liqa qarşılaşmasını dəqiq buraxacaq.
Bundan başqa, onun "Beşiktaş"la cavab görüşündə və "Mançester Siti" ilə Premyer Liqa matçında meydana çıxıb-çıxmayacağı da sual altındadı.
Rüstəm