GƏNCƏ, 7 dekabr. TELEQRAF

Gəncədə yol qəzasında xəsarət alanların sayı üç nəfərə çatıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1998-ci il təvəllüdlü Anarə Əhmədova, 1991 ci il təvəllüdlü Elnarə Şahbazova və iki yaşlı Sevinc Mövlayeva müxtəlif dərəcli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma başlanılıb.

***

16:10

Bu gün saat 12:20 radələrində 2 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

14:10

Gəncədə iki qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, qəza şəhər ərazisində qeydə alınıb. Hadisə zamanı 1998-ci il təvəllüdlü Anarə Əhmədova və 1991-ci il təvəllüdlü Elnarə Şahbazova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırma aparılır.