MİNGƏÇEVİR, 6 dekabr. TELEQRAF
Mingəçevirdə 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə az öncə Heydər Əliyev prospektinin Nizami küçəsi ilə kəsişməsində 3 minik avtomobilinin iştirakı ilə qeydə alınıb.
İlkin məlumata görə, avtomobillər ciddi zərər görüb, əsas prospektdə nəqliyyatın normal hərəkətində qısa müddətli tıxac yaranıb.