BAKI, 6 dekabr. TELEQRAF
Sabirabad rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, ümumi sahəsi 72 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 12 m² sahədə yanıb.
Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.