BAKI, 6 dekabr. TELEQRAF
Beyləqan rayonunun Türklər qəsəbəsində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, ümumi sahəsi 140 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağının tavanı 32 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.