AĞCƏBƏDİ, 30 iyul. TELEQRAF
29.07.2025-ci il tarixində saat 11:30 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1960-cı il təvəllüdlü (kişi) şəxs Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Kəllə sümüklərinin yerdəyişən sınığı, çənə və alın dibində hematoma, başın sıyrılmış açıq yarası diaqnozu təyin edilən yaralıya ilkin tibbi yardım göstərilib və tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda pasiyentin vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.
***
11:30
AĞCƏBƏDİ, 30 iyul. TELEQRAF
Ağcabədidə yol-nəqliyyat hadisəsi zamanı sürücü ağır xəsarət alıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə Ağcabədi şəhər ərazisində baş verib.
Belə ki, sürücü Munis İbrahimov idarə etdiyi "VAZ 2106" markalı 02 BZ 936 dövlət nömrəli avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı beton səddə və küçəni işıqlandıran işıq dirəyinə çırpılıb.
Qəza zamanı sürücü M.İbrahimov müxtəlif dərəcəli bədən xəsarəti alaraq, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.