GORANBOY, 20 iyul. TELEQRAF

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi ərazisində qeydə alınıb.

Əslən Kəlbəcər rayonundan olan 1964-cü il təvəllüdlü Əşrəf Verdiyev idarə etdiyi "Niva" markalı avtomobili aşırıb. Nəticədə maşında sərnişin qismində olan oğlu 1995-ci il təvəllüdlü Sulduz Verdiyev müxtəlif bədən xəsarətləri alıb. Yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.