GƏNCƏ, 18 iyul. TELEQRAF

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, yolu keçmək istəyən Şəmkir rayon Kür qəsəbəsi sakini 1977-ci il təvəllüdlü Cəmilə Məmişovanı maşın vurub.

Qadın müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.