UCAR, 17 iyul. TELEQRAF
Ucar rayonunun Qaradağlı kənd ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər təcili və təxirəsalınmaz tibbi yardım vasitəsilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, ilkin tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.
***
20:38
Ucar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, qəza Qaradağlı kəndi istiqamətində baş verib.
İki minik avtomobilinin toqquşması nəticəsində 3-ü Ucar rayonu, 1-i isə Sumqayıt şəhəri sakini olmaqla dörd nəfər xəsarət alıb.
Yaralılar 1979-cu il təvəllüdlü Kəmalə Rəsulova, 1993-cü il təvəllüdlü İlkin Rəsulov, 1972-ci il təvəllüdlü Pərvanə Rəsulova və 1991-ci il təvəllüdlü Şərqiyə Quliyeva yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.