TBLİSİ, 17 iyul. TELEQRAF
Bu gün səhər saatlarında Azərbaycana məxsus "TIR" Gürcüstanın Tblisi şəhərində yanıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, yanğın hadisəsi Tblisi Baş Gömrük məntəqəsində baş verib.
Əməkdaşımız baş vermiş hadisə ilə bağlı "TIR"ın sahibi Naxçıvan Muxtar Respublikasının Sədərək rayon sakini Yunis Sadiqovla əlaqə saxlayıb.
Hadisə ilə bağlı məlumat verən yük maşının sahibi bunları deyib: "Maşınımı türklər saxlamışdılar, axırda da yandırdılar. Maşına görə dövlətə borcum var, indi də oturmuşam evdə. Hadisə Tblisidə baş gömrükdə olub. Bizi türklər aldatmışdı. Maşın İrandan Gürcüstan gömrüyünə gedirdi. Sənədi dəyişib göstəriblər ki, guya bu yük avtomobili Türkiyədən gəlibdir. O sənədi göstəriblər, mənim də xəbərim yox. Maşın 2 ay idi yatırdı orada və bu gün də səhərə yaxın yanıb. Necə yandı, nətər yandı, kim yandırdı, bəlli olmadı. Yanğın baş verən zaman "TIR" armaturla dolu yüklü olub. Mal mənə aid olmayıb, 54 min dollar ziyan dəyib mənə. Sürücü ilə də əlaqə saxlamışam, xoşbəxtlikdən heç bir xəsarət almayıb".