GORANBOY, 17 iyul. TELEQRAF
Goranboy rayonundan iki nəfərin ölümü və iki nəfərin xəsarət alması ilə nəticələnən qəzada ölən şəxslərin kimliyi bilinib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, ölən şəxslər Daşkəsən rayon Bayan kənd sakini 1958-ci il təvəllüdlü Nəsibə Nağıyeva və onun nəvəsi 7 yaşlı Firuzə Məmmədli hadisə yerində ölüb. Avtomobildə olan 9 yaşlı Ayşən Məmmədli və 4 yaşlı Əlixan Məmmədli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Onlara lazımı tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağırdır.
Məlumat üçün bildirək ki, qəza rayonun Goran ərazisində "Hundai" markalı avtomobilin aşması nəticəsində baş verib.
***
13:06
Goranboyda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goran qəsəbəsi yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, "Hyundai" markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə minik maşını yolun kənarına aşıb. Hadisə nəticəsində iki nəfərin öldüyü deyilir.