TOVUZZ, 15 iyul. TELEQRAF

Tovuzda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, "Toyota Prado" markalı avtomobil "Daewoo" markalı sərnişin avtobusu ilə toqquşub.

Qəza zamanı minik maşınında olan Ağstafa rayon sakini 2003-cü il təvəllüdlü Qiyas Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıya tibbi yardım göstərilib, vəziyyəti kafidir.