GƏNCƏ, 14 iyul. TELEQRAF
Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, şəhər ərazisində baş verən qəza zamanı mopedlə minik avtomobili toqquşub.
Nəticədə mopedin sürücüsü 17 yaşlı Kənan Qəhramanzadə xəsarət alaraq xəstəxanaya aparılıb.
Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.