​BAKI, 13 iyul. TELEQRAF

Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, qəza səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb.

Polis əməkdaşları tərəfindən nəqliyyat sıxlığının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.