​GÖYGÖL, 13 iyul. TELEQRAF

Göygöl rayonunda 51 yaşlı qadını elektrik cərəyanı vurub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində baş verib.

Belə ki, rayon sakini 1974-cü il təvəllüdlü Şərəfət Verdiyevanı yaşadığı evdə elektrik cərəyanı vurub. Daha sonra qadın yıxılıb və onun sol biləyu sınıb. Ş. Verdiyeva yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib vəziyyəti orta-ağırdır.