BAKI, 12 aprel. TELEQRAF

İsmayıllı rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, İsmayıllı rayonunun Kürdmaşı kəndində ümumi sahəsi 1400 m² (hər mərtəbəsi 700 m²) olan ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində 1 otağın döşəməsi 1 m² sahədə, içərisində olan 1 ədəd kreslo və dolab yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.