BAKI, 12 aprel. TELEQRAF

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 uşağa müvafiq köməklik göstərilib.