BAKI, 12 aprel. TELEQRAF

Hindistan və Nepalda son iki gündə yağan güclü yağışlar nəticəsində 100-dən çox insan həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.

Regional mətbuatda çıxan xəbərlərə görə, Cənubi Asiya ölkələri Hindistan və Nepalda son iki gündə qeyri-sabit leysan yağışları müşahidə olunur.

Hindistanın Bihar əyalətində yağışlar səbəbindən 82 nəfər, ölkənin ən sıx məskunlaşdığı Uttar Pradeş əyalətində isə ildırım və fırtına nəticəsində 18 nəfər həyatını itirib.

Nepalda ildırım çaxması və güclü yağışlar nəticəsində 8 nəfər ölüb.

Hava proqnozlarına görə, yaxın günlərdə adları çəkilən bölgələrə daha çox yağış yağacağı gözlənilir.