BAKI, 12 aprel. TELEQRAF

Yunanıstanın paytaxtı Afinada Helenik dəmir yolu şirkətinin mərkəzi binası qarşısında şübhəli çanta partlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Yunanıstanın dövlət televiziyası "ERT" məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. Telekanalın məlumatına görə, hadisə yerli vaxtla saat 20:35-də naməlum şəxs və ya şəxslər Yunanıstan qəzetinə və internet saytına zəng edərək, təxminən 35-40 dəqiqə ərzində Helenik dəmir yolu şirkətinin Afinadakı mərkəzi binasında partlayış olacağını bildirib.

Göstərilən vaxt ərzində ərazidəki şübhəli çanta partlayıb.

Polis ərazidə olanları təxliyə edərək araşdırmalara başlayıb.